“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin bir hissəsində suyun verilməsində məhdudiyyətin olacağı ilə bağlı məlumat yayıb. Lent.az-ın cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq. Bununla əlaqədar 29 aprel 2014-cü il tarixdə Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.