Bu gün axşam saatlarından etibarən Bakıda daha bir neçə yol təmirə bağlanacaq. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Füzuli, Şamil Əzizbəyov küçələri və Bülbül prospektində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.