Bu gün Bakının bəzi rayonlarında su fasilələrlə veriləcək. “Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 2-də gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.