Bakının Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar ərazidən keçən və uzun müddət istismarda yararsız vəziyyətə düşmüş 500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 3 iyul tarixində gün ərzində paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.