Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar sentyabrın 28-də gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.