Bakıda zəlzələ təhlükəsi Xəzərdəki zəlzələ ocaqlarından yaranır
10 iyun 2014 14:21 (UTC +04:00)

Bakıda zəlzələ təhlükəsi Xəzərdəki zəlzələ ocaqlarından yaranır

0

“Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”. Lent.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Bakıda zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından yaranır: “Orada həmişə proses gedir. Xəzərdə zəlzələ ocaqları var. Amma Abşeronda zəlzələ ocağı yoxdur”.

 

Q. Yetirmişlinin sözlərinə görə, 2004-2012-ci illər ərzində ən güclü zəlzələlər 2012-ci ildə baş verib: “Qeyd olunan ildə Azərbaycanda maqnitudası 4-dən çox olan 4 yeraltı təkan qeydə alınıb. Qeyd olunan il ən böyük zəlzələ Zaqatalada baş verib. Orada dağıntılar da çox olmuşdu”.

 

O qeyd edib ki, 2013-cü ildə də yeraltı təkanlar çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1115

Oxşar yazılar