Bakıda və Sumqayıtda bayram yarmarkaları olacaq - ÜNVANLAR
02 mart 2018 12:08 (UTC +04:00)

Bakıda və Sumqayıtda bayram yarmarkaları olacaq - ÜNVANLAR

 

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart tarixlərində  fasiləsiz olaraq  4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
 
 
 
Bakı şəhəri üzrə:
 
  
 
Xətai rayonu:
-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 
 
Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
 
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
 
Suraxanı rayonu:
 -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
 
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
 
 
 
Sumqayıt şəhəri üzrə (2 yerdə):
 
 
 
- 12-ci mikrorayon
 
- Köhnə avtovağzalın yanı
 
 
 
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar