Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir
12 sentyabr 2019 10:43 (UTC +04:00)

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir.
 
APA xəbər verir ki, yığıncaqda 100-dək media nümayəndəsi, o cümlədən Azərbaycandan 60 nümayəndə iştirak edir.
 
İllik toplantıda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb: "ABŞ-ın müəyyən ştatları, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Kenya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyə qədər qurum üzv ölkələrdə tədbirlər keçirir və jurnalistlərin qarşılaşdığı problem,  informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması üçün təkliflər səsləndirilir. Yığıncaqlarda ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur".
 
Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən bu qurumun üzvüdür.
 
Qeyd edək ki, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.
 
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar