Bakıda təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat ayrıldı
10 iyun 2019 18:25 (UTC +04:00)

Bakıda təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40.0 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar