Bakıda qadın həyat yoldaşını niyə yandırdı? QARŞI TƏRƏF
28 sentyabr 2013 14:20 (UTC +04:00)

Bakıda qadın həyat yoldaşını niyə yandırdı? QARŞI TƏRƏF

Bir neçə gün əvvəl Bakıda qadının özünü yandırması bağlı bəzi məqamlar aydın olub. 27 yaşlı Lamiyə Allahverdiyevanın qeyri-rəsmi nikahda yaşadığı kişinin qohumları Lent.az-a bildiriblər ki, əsl zərərçəkən əslində... kişinin özüdür. Belə ki, sentyabrın 21-də L.Allahverdiyeva qeyri-rəsmi nikah münasibətində yaşadığı 45 yaşlı Yoldaşov Ceyhun Firudin oğlunun üstünə benzin tökərək onu yandırıb. Hadisə Xətai rayonu ərazisində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, qadının valideynlərinin yaşadığı məhəllədə olub.

 

Yaxınlarının bildirdiyinə görə, C.Yoldaşov bir müddət əvvəl qeyri-rəsmi nikah münasibəti yaşadığı Lamiyədən ayrılıb. Buna səbəb isə ailədə baş verən münaqişələr olub. Daha sonra isə C.Yoldaşov qadında qalmış azyaşlı oğlunu götürərək rayona aparıb. Qadın isə öz növbəsində həyat yoldaşının onların nikahda olduğu müddətdə tikdirdiyi və onun adına olan Zabrat qəsəbəsindəki evi satıb. Qadının bu hərəkəti ailədə münasibətləri daha da gərginləşdirib. C.Yoldaşov qadından evin pulunu tələb edib.

 

Bir neçə gün əvvəl L.Allahverdiyeva C.Yoldaşovla görüşmək istədiyini bildirib və onlar Xətai rayonu ərazisində görüşüblər. Görüş zamanı tərəflərin söhbəti münaqişəyə çevrilib və 27 yaşlı qız qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşının üstünə benzin tökərək onu yandırıb. C.Yoldaşov hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur. Həkimlər ona 3-cü dərəcəli yanıq dərəcəsi diaqnozu qoyublar və vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hadisə ilə bağlı Xətai RPİ, 34-cü Polis Bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, hadisədən dərhal sonra L.Allahverdiyeva Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib və uşağının əlindən alındığına görə, özünü yandırdığını bildirib.

 

 

******

 

 

26.09.2013 / 17:27

 

 

 

Bakıda 40 yaşlı qadın özünü yandırıb. Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini olan 1973-cü il təvəllüdlü Allahverdiyeva Lamiyə Cəmil qızı üstünə yandırıcı maye tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər qadının həyatını xilas edib və o xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, L. Allahverdiyeva bir neçə il Sabunçu rayon Zabrat qəsəbə sakini, 1968-ci il təvəllüdlü Yoldaşov Ceyhun Firudin oğlu ilə qeyri-rəsmi nikahda yaşayıb. Bu izdivacdan onun 6 ay əvvəl oğlu dünyaya gəlib. Lakin sonradan cütlüyün münasibətləri pozulub və onlar ayrılıb. Uşaq isə anasında qalıb. Bir neçə gün əvvəl isə C. Yoldaşov övladını görmək istədiyini deyib. Onlar “Nizami” metrostansiyası yaxınlığında görüşüblər. Burada C. Yoldaşov azyaşlı oğlunu da götürərək maşınla uzaqlaşıb. Sonra isə əlaqə saxlayaraq həyat yoldaşı ilə barışmaq istədiyini deyib.

 

C. Yoldaşovla barışmağı qəbul etməyən və oğlunu geri istəyən qadın isə çarəni özünü yandırmaqda tapıb. Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3608
avatar

Oxşar yazılar