Bakıda məşhur restoran müştəriləri aldadırmış
28 dekabr 2013 17:42 (UTC +04:00)

Bakıda məşhur restoran müştəriləri aldadırmış

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Elbara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə Lent.az-a Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş  laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur.

Bundan başqa, mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilib, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3345

Oxşar yazılar