Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrıldı - <span style="color:red;">Sərəncam
28 sentyabr 2017 17:30 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən,  turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının (“shopping festival”) təşkili məqsədi ilə  2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar