Bakıda güclü külək fəsadlar törədib - YENİLƏNİB-2
18 mart 2014 02:22 (UTC +04:00)

Bakıda güclü külək fəsadlar törədib - YENİLƏNİB-2

23: 28

Bakıda güclü külək başlayıb.

 

Lent.az-ın xəbərinə görə, saat 22 radələrində bütün Abşeron yarmadasında  və Sumqayıtda  küclü külək başlayıb.

 

Küləyin törətdiyi dağıntılar barədə hələlik məlumat yoxdur.    

 

**** 

00:02

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda müşahidə olunan güclü küləklə bağlı proqnozu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, əvvəldən təqdim edilən proqnozda güclü küləyin əsəcəyi barədə məlumat verilib.

 

Onun sözlərinə görə, tibbi-meteoroloji proqnozda da gün ərzində tez-tez güclü cənub-qərb küləyi və şimal-qərb küləklərinin bir-birini əvəz etməsinin gözlənildiyi qeyd olunub.

 

G.Məmmədova bildirib ki, yaxın 2-3 ərzində belə küləkli havanın davam edəcəyi gözlənilir və bu da meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər: “Gün ərzində paytaxtda güclü cənub-qərb küləyi əsirdi, indi isə güclü şimal-qərb küləyi əsir. Sabah güclü şimal-qərb küləyinin günün I yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir”.

 

*** 

00:24

Sosial şəbəkələrdə artıq küləyin törətdiyi qəzaya aid ilk foto da yayılıb. "Facebook" sosial şəbəkəsində paylaşılan fotoda hadisənin "İçəri şəhər" metrostansiyasının  yaxınlığında baş verdiyi bildirilir. Şəkildən göründüyü kimi böyük bir ağac  VAZ- 2107 markalı maşının üstünə aşıb. 

 

***

02.22

Bakıda əsən güclü külək fəsadlara yol açıb.

 

APA-nın xəbərinə görə, paytaxtın Səbayıl rayonu, İstiqlaliyyət küçəsində iri gövdəli ağac yoldan keçən "VAZ 2107" və “Volkswagen” markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə  ciddi ziyan dəyib. Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub.

 

Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə, reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin  hərəkəti üçün mane yaranıb. Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz”in üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8126

Oxşar yazılar