Bakıda daha bir yol təmirə bağlanıb
20 may 2014 10:52 (UTC +04:00)

Bakıda daha bir yol təmirə bağlanıb

Dünən saat 23:00-da Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə start verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, təmir işləri çərçivəsində kommunikasiya qurğularının dəmir beton piltələri dəyişdirilir, müasir baxış qapaqları qoyulur.

 

Bu işlər yekunlaşdıqdan sonra köhnə asfalt-beton örtüyü müasir mexanizm vasitəsilə qaşınacaq. Bundan sonra yeni asfalt-beton örtüyü salınacaq.

 

İşin bir həftə davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Nizam Rza

Oxşar yazılar