Bakıda daha bir möhtəşəm biznes mərkəzi tikilir. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospekti 109 ünvanında, Şəfa stadionunun yaxınlığında tikintisinə başlanmış layihənin adı “Bakı Qülləsi” və ya “Baku Tower”dir. İş mərkəzinin tikintisi hazırda davam etdirilir və artıq binanın özülü tökülüb.
252 metr hündürlüklü bina 49 mərtəbədən ibarət olacaq. Bununla da mərkəz Bakının ən hündür tikililərindən biri olacaq.
Layihənin podrarçısı “Azinko Holdinq” MMC-nin təsisçisi olduğu “Azvitil Tikinti” MMC-dir. İş mərkəzinin layihəsini “Arxin-M Ltd” MMC hazırlayıb. Memarı tanınmış türkiyəli dizayner-memar Ərən Yılmazerdir.