Bakıda daha bir magistral yol bağlandı
15 dekabr 2013 15:32 (UTC +04:00)

Bakıda daha bir magistral yol bağlandı

Bakıda daha bir magistral yol əsaslı təmirə bağlandı. Bunu APA TV-yə “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

 

O bildirib, Tiblisi prospektinin İzmir prospekti ilə kəsişməsindən  20 yanvar qovşağına kimi olan ərazidə yollarda  aparılan təmir-bərpa işlərinin davamı olaraq Abdulvahab Salamzadə küçəsindən 20 yanvar dairəsinə kimi olan yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. P. Mürsəliyev magistral yolun təxminən  450 metr uzunluqda olan hissəsində yolun asfaltlandığını bildirib: “İlkin mərhələdə köhnə asfalt beton örtüyü qaşınıb. Hazırda yeni asfaltlama işləri aparılır ki, görülən işlərin günün sonuna və ya dekabr ayının 15-nə kimi bitməsi gözlənilir”.  

 

Təmirə bağlanan prospektdə avtomobillərin hərəkəti istiqamətinə gəlincə, “Azəryolservis” sözçüsü deyib ki, əvvəldən xəbərdaredici nişanlar qoyulduğundan səhər saatlarından bu ərazidə tıxac müşahidə edilməyib: “Tiblisi prospektində  20 yanvar dairəsinə tərəf hərəkət edən nəqliyyat vasitələri Salamzadə küçəsindən keçməklə "Papanin" körpüsündən 3 mikrorayon dairəsinə çıxa biləcək. Kifayət qədər  alternativ yollardan istifadə etmək mümkündür”.

 

Qeyd edək ki, Tiblisi prospektində yolun təmir bərpa işləri bu ilin yay aylarından mərhələli şəkildə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5476

Oxşar yazılar