Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində 8 iyun 2018-ci il tarixdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.