Bakıda bu yollar təmir olunacaq – <span style="color:red;">SİYAHI
08 fevral 2014 18:39 (UTC +04:00)

Bakıda bu yollar təmir olunacaq – SİYAHI

 

Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı təsdiq edilib. Bu barədə Lent.az-a nazirliyin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.  O qeyd edib ki, bütün yolların təmiri 2015-ci ilə qədər yekunlaşmalıdır.

 

Tədbirlər Planına uyğun olaraq, mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərinin qarşısında konkret vəzifələr qoyulub. Nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər edilib. Artıq Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna - Mərdəkan– Qala avtomobil yolunun Buzovna- Mərdəkan hissəsinin, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olub.

 

Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına və su oyunlarının keçiriləcəyi arenaya yeni avtomobil yollarının tikintisi və s. işlər nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6251

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20