Bakıda bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, “Azəryolservis” ASC-dən bildirilib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səbail rayonu Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin və Lermontov küçələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.