Son günlər Bakıda taksi fəaliyyəti göstərən London taksilərində maraqlı hal müşahidə edilir. Lent.az-ın məlumatına görə, "TX4" avtomobillərinin bəzi sürücüləri sərnişinlərə qəpik qalığını qaytarmaqdan imtina edir. Məsələn, taksometr 7 manat 20 qəpik yol pulu yazıb və sərnişin 8 manat pul veribsə, sürücü qalıq 80 qəpiyi qaytarmır. Bildirilir ki, London taksilərində qəpiklə əməliyyat aparılmır və qalıq qəpik benzinin qiymətinin artması ilə əlaqədar tutulur.
"Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov Lent.az-a bildirib ki, bəzi sürücülər özbaşına olaraq, artıq gəlir əldə etmək məqsədi ilə belə edə bilər: “Bununla bağlı hər hansı təlimat və ya qərar yoxdur. Əgər kimsə belə halla üzləşirsə bizə və qaynar xətt-ə müraciət edə bilər. Müraciət edərkən avtomobilin nömrəsi də konkret göstərilməlidir”.
Hazırda "Baku Taxi Company"-nin avtomobillərində gediş haqqı aşağıdakı kimidir:
Çatdırma qiyməti |
1 manat |
Hər kilometrə görə gedişhaqqı (10 kilometrə qədər) |
0,7 manat |
Hər kilometrə görə gedişhaqqı (10 kilometrdən 20 kilometrə qədər) |
0,4 manat |
Hər kilometrə görə gedişhaqqı (20 kilometrdən və daha artıq kilometr) |
0,2 manat |
Dayanmanın hər dəqiqəsinin qiyməti |
0,05 manat |