Bakıda “Avropa Şəhərciyi”nin açılışı oldu
31 may 2014 17:15 (UTC +04:00)

Bakıda “Avropa Şəhərciyi”nin açılışı oldu

Bu gün İçərişəhərdə “Avropa Şəhərciyi”nin açılışı olub.

 

APA-nın məlumatına görə, tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi və AB-yə üzv dövlətlərin səfirlikləri tərəfindən birgə təşkil olunub.

 

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard iştirakçıları salamlayaraq bildirib ki, bu tədbir vasitəsilə azərbaycanlıların Avropa haqqında məlumatlarını artırmağa çalışırlar: “Təqdim olunan köşklərdə Avropa mədəniyyəti, təhsili, musiqisi, mətbəxi barədə bilgilər verilir. Bir gün ərzində burda olan hər kəs özünü virtual olaraq Avropada hiss edəcək”.


Daha sonra AB-yə üzv ölkələrin səfirləri iştirakçıları öz dillərində salamlayıblar, ardınca tədbirin musiqili-əyləncəli hissəsi başlayıb.


"Avropa Şəhərciyi"ndə AB-yə üzv olan bir sıra ölkələrin köşkləri qurulub. Şəhər sakinləri və xarici qonaqlar həmin köşklərə yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə maraqlı məlumatlar əldə edə bilərlər. Tədbirin sonunda isə Niderland, Xorvatiya və Estoniyadan olan musiqiçilərin konserti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517
avatar

Oxşar yazılar