Bakı şəhərinin mərkəzinə ən yaxın qəsəbələrdən olan Badamdarda yeni xəstəxana binası tikilir. Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Lent.az-a bildirib ki, tikilməkdə olan tibb ocağı Badamdar qəsəbəsinin mərkəzi xəstəxanası olacaq.
Xəstəxana 3-cü massiv deyilənərazid tikilir və 7 mərtəbəli olacaq. Burada təcili tibbi yardım stansiyası, reanimasiya, terapiya, travmatologiya, doğum və s. şöbələr yerləşəcək.
Tikilini ümumi sahəsi 12 min kvadrat metr təşkil edəcək. hazırda ərazidə iş sürətlə davam etdirilir.