Bakı və Sumqayıtda XI siniflər üçün imtahan keçiriləcək
22 may 2017 12:14 (UTC +04:00)

Bakı və Sumqayıtda XI siniflər üçün imtahan keçiriləcək

0

Dövlət İmtahan Mərkəzi Bakı və Sumqayıt şəhərlərində 11-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirəcək.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, mayın 23-də  Bakı və Sumqayıt  şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.

 

Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar