Bakı Təhsil İdarəsi valideynlərə müraciət etdi - QƏBUL GÜNLƏRİ
20 noyabr 2014 11:11 (UTC +04:00)

Bakı Təhsil İdarəsi valideynlərə müraciət etdi - QƏBUL GÜNLƏRİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

 İdarədən Lent.az-a verilən məlumata görə, növbəti səyyar qəbullar sabah  Nəsimi və Qaradağ rayonlarında keçiriləcək. Nəsimi rayonu üzrə 164 №li məktəbdə keçiriləcək səyyar qəbula 28, 35, 42, 151, 164 №li məktəblər, THL, 1 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama İdman  Məktəbi, 12 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, 34 №-li Texniki Yaradıcılıq Mərkəzi, 37 №-li  Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

 Qaradağ rayonu üzrə 110 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Ələt qəsəbəsində yerləşən 105, 110, 127, 302, 303 №-li, Qobustan qəsəbəsində yerləşən 195, 223, 321 № li, Umbakı qəsəbəsində yerləşən 224 №-li məktəb, Ümid qəsəbəsində yerləşən 294 №-li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

 Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

      Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar