Bakı məktəblərində direktor müavini olmaq istəyənlərin <span style="color:red;">NƏZƏRİNƏ
19 fevral 2015 12:35 (UTC +04:00)

Bakı məktəblərində direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

 

Paytaxtın ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqənin ikinci mərhələsi-müsahibə başlanıb. BŞTİ-dən Lent.az-a verilən məlumata görə, komissiya tərəfindən aparılan müsahibədə imtahan nəticəsi 60 % - dən yuxarı olan (18 – 30 sual arası) namizədlər iştirak edir.

 

Belə ki, yanvarın 24-ü laborantlığa namizədlər üçün keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə 149 nəfər, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vazifəsi üzrə namizədlər üçün imtahanda isə 45 nəfər iştirak edib. Müsahibədə müvəffəqiyyət qazanan namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar