Mayın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısına məlumat verib ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək. Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərib.
Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və “Asankart” barədə məlumat verilib.
Dövlət başçısına bildirilib ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunublar.
Prezident İlham Əliyev könüllülərlə görüşüb.

Bakı sakinlərinə şad xəbər: Xətai “ASAN xidmət” mərkəzi açıldı
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38