Bakı Bulvarında üçmərtəbəli gəmi  - REPORTAJ
28 dekabr 2013 21:30 (UTC +04:00)

Bakı Bulvarında üçmərtəbəli gəmi - REPORTAJ

Dənizkənarı Bulvar İdarəsi sahilə yeni gəmi gətirib. "Mirvari" adlı bu gəmi digərlərindən həcminə görə çox fərqlənir.

 

Gəmi dekabırın 28-dən istifadəyə verilib. Sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə digərlərindən çox fərqlənir. Əvvəlki gəmilər 80 nəfər tuturdusa, 3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 650 nəfər səhayət edə biləcək.

 

Türkiyyədə istehsal olununan gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək olacaq.  Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr edə biləcəklər.

 

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə deyib ki, gəminin içində "fast food" yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunacaq. "Mirvari"də səyahət vaxtı digər gəmilərin vaxtından bir qədər artıqdır. Sakinlər və şəhərin qonaqları 40 dəqiqə səyahətlə daha çox ərazini gəzəcəklər. Bundan başqa, "Mirvari"də dəniz səyahəti etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib.

 

5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan yuxarıolanlar 1 nəfər üçün 3 manat ödəməklə səyahətə çıxa bilərlər.

 

Yeni gəmidə səyahət edənlərdən ən çox sevinən isə uşaqlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2192
avatar

Oxşar yazılar