Bakı bulvarı “MDB mirvarisi” oldu
13 mart 2014 16:44 (UTC +04:00)

Bakı bulvarı “MDB mirvarisi” oldu

MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyası “Birlik mirvariləri” siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, siyahıda bu il ərzində görməli yerlər əksini tapıb.

 

Azərbaycandan görməli məkan kimi Bakıdakı Dənizkənarı Bulvar məsləhət görülüb. Siyahıya Brest qalası (Belarus), Dairəvi Meydan (Astana, Qazaxıstan), İssık-Kul gölü (Qırğızıstan), “Köhnə Orxey” (Moldova), Sankt-Peterburqun Peterqof saray-park ansamblı və Soçi şəhəri (hər ikisi Rusiya), Fan dağları (Tacikistan), Aşqabad (Türkmənistan), Səmərqənd Qur-Əmir mavzoleyi (Özbəkistan) və Xor Virap monastırı (Ermənistan) da düşüb.

 

Qeyd edək ki, 2014-cü il MDB-də “Turizm ili” elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar