
Bakı Beynəlxalq Avtovağzalının iş qrafikində dəyişiklik edildi
Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Avtovağzalın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub. Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir.
“Bakı Beynəlxalq Avtovağzalı rəhbərliyi müqəddəs Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, il boyu olduğu kimi bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20