Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, ərazidə torpaq işlərinin 40%-i yerinə yetirilib: “25 ədəd dairəvi boru tikilib və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Ərazidə tikintisi aparılan körpülərdən birində sıvayların tikintisi başa çatdırılıb. Hazırda digər hissələrin tikintisi işləri gedir. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11, 5 m olacaq”.
Qeyd edək ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.