Bahar Muradova ermənilərin öldürdüyü Zəhranın ailəsini ziyarət etdi
26 iyul 2019 16:03 (UTC +04:00)

Bahar Muradova ermənilərin öldürdüyü Zəhranın ailəsini ziyarət etdi

Milli Məclis sədrinin müavini Bahar Muradova 2017-ci il yulun 4-də Ermənistan Silahlı Qüvvələrinin nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirdiyi 14 aylıq  Zəhranın ailəsini ziyarət edib.
 
Lent.az məlumat verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında bildirib. Bahar Muradova qeyd edib ki, Füzuli rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazisindən təmas xəttinə yaxın Alxanlı kəndində yaşayan dinc insanları atəşə tutması nəticəsində öz həyətlərinə yaxın yerdə oynayan 2 yaşlı Zəhranın ölümü dünya ictimaiyyətinin diqqətini bir daha Dağlıq Qarabağ münaqişəsinə və Ermənistanın təcavüzkar siyasətinə yönəldib:
 
"İndi onun ailəsində bu dəhşətli cinayətdən sonra doğulan Murad böyüyür. Tanrı muradlarına yetirsin!".
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar