Bağçalarda yenə nöqsanlar aşkarlandı
17 mart 2014 11:26 (UTC +04:00)

Bağçalarda yenə nöqsanlar aşkarlandı

Bağçalarda qidalanmanın dövlət standartına uyğun olmadığı aşkarlanıb. Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Araşdırmalar zamanı sözügedən bağçaların anbarlarında ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadan otaq temperaturunda saxlanıldığı, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi aşkar edilib.

 

AZS 747-2013 standartının tələblərinə uyğun olaraq gündəlik qida rasionuna ət daxil edilməli olduğu halda, 3 saylı uşaq bağçasında hazırlanan yeməklər içərisində ət məhsullarına rast gəlinməyib. Yoxlamalar zamanı həmçinin bağçalarda təsdiq edilmiş menyunun olmadığı, yeməklərin texnoloji təlimat və reseptura olmadan hazırlandığı, yuma əməliyyatının mətbəxdə aparıldığı müəyyən edilib. Bundan başqa, yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələri yoxlamaya təqdim olunmayıb.

 

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19