Babək prospektində yeni piyada keçidi tikilir
14 yanvar 2014 12:28 (UTC +04:00)

Babək prospektində yeni piyada keçidi tikilir

Bakıda nəqliyyatın sıx hərəkət etdiyi Babək prospektində yeni yeraltı piyada keçidi tikilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən keçidin uzunluğu 88 metr olacaq.

 

Keçidin eni 8 metr, hündürlüyü isə 3,2 metr təşkil edəcək: “Hazırda ərazidə mühəndis-kommunikasiya xətlərinin köçürülməsi davam etdirilir. Keçidin yerləşdiyi sahədən su, qaz, elektrik və kanalizasiya xətləri artıq köçürülüb. 22 metr məsafədə istinad divarları tikilib və örtük çəkilib. 24 metr məsafədə isə armaturlama işləri yekunlaşıb və yaxın günlərdə beton vurulacaq. Bu ayın axırına kimi işlərin 50 faizi yekunlaşdırılacaq”.

 

Yeni piyada keçidinin 2014-cü il ərzində istifadəyə verilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Nizam Rza

Oxşar yazılar