AzTV-nin hesabat vermə qaydaları dəyişdi
24 iyun 2013 11:23 (UTC +04:00)

AzTV-nin hesabat vermə qaydaları dəyişdi

Nazirlər Kabineti 2005-ci il 18 iyun tarixli  106  nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərar verib.

 

Lent.az-ın verdiyi məlumata görə,  ilk dəyişiklik “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səhmdarlarının hüquqları ilə bağlıdır.

 

İndiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin adi səhminin sahibi olan səhmdarın qanunvericiliklə müəyyən edilmiş qaydada QSC-nin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ vardı. Bundan sonra səhmdar ildə bir dəfə illik maliyyə hesabatları ilə tanış ola biləcək. Digər tərəfdən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətləri sırasında QSC-nin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səlahiyyəti olub. Bundan sonra Səhmdarların Ümumi Yığıncağı yalnız illik maliyyə hesabatlarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək səlahiyyətlərinə malik olacaq.

 

İndiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC illik hesabatı və mühasibat balansını hər il kütləvi informasiya vasitələrində dərc etdirirdisə, bundan sonra mühasibat balansını hər il KİV-lərdə dərc etdirməyəcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yalnız illik maliyyə hesabatlarını hər il qanunla müəyyən edilmiş qaydada dərc etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar