Azərbaycanın ilk QHT-ləri haqqında tarixi kitab nəşr olunub
07 yanvar 2014 13:41 (UTC +04:00)

Azərbaycanın ilk QHT-ləri haqqında tarixi kitab nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumıt Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycanın ilk Qeyri-Hökumət təşkilatları” adlı tarixi kitab nəşr edilib.

Lent.az-ın  məlumatına görə, bu kitabda tanınmış ziyalı H. Zərdabinin 1872-ci ildə   yaratdığı “Müsəlman Xeyriyyə Cəmiyyəti”ndən başlayaraq “Nəşri-Maarif”, “Nicat”, “Səadət” və digər cəmiyyətlərin tarixi araşdırılıb. Kitabda ilk dəfə olaraq Azərbaycanın müxtəlif  bölgələrində yaradılmış xeyriyyə təşkilatlarının da fəaliyyəti haqqında maraqlı məlumatlar verilib. Oxucular bu kitab vasitəsi ilə  Bakıda, Gəncədə, Naxçıvanda, Şuşada, İrəvanda, Şəkidə yaradılmış xeyriyyə cəmiyyətləri haqqında geniş məlumat əldə edə bilərlər. Nəşr edilmiş bu tarixi kitabın bir əhəmiyyəti də Azərbaycanın tanınmış adamlarının və ziyalılarının xeyriyyə tədbirlərindəki  ciddi fəaliyyətlərini işıqlandırmasıdır. Kitabdakı materiallardan məlum olur ki, H. Z. Tağıyev, M. Muxtarov, Ş. Əsədullayev, M. Nağıyev, İ. Hacıncki kimi imkanlı adamlarla yanaşı, Ə. Hüseynzadə, Ə. Topçubaşov, M. Ə. Rəsulzadə, N. Nərimanov, Ə. Cavad kimi ziyalılar da xalqımızın problemlərinin həllində böyük fəaliyyət göstəriblər.

Qeyd edək ki, kitabın redaktoru və materialları arxivlərdən toplayıb nəşrə hazırlayanı tədqiqatçı-alim Nəsiman Yaqubludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar