Azərbaycandakı qeyri-sabit hava şəraitinə dair SON MƏLUMAT
12 dekabr 2013 11:13 (UTC +04:00)

Azərbaycandakı qeyri-sabit hava şəraitinə dair SON MƏLUMAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə dair son məlumatı açıqlayıb. ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, hava şəraitinin pisləşməsi qərbdən ölkə ərazinə soyuq hava kütlələrinin daxil olması ilə əlaqədardır. Dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçib. Lakin dekabrın 11-i axşamdan 12-si səhərədək hava qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar yağıb, bəzi yerlərdə yağıntılar intensiv olub. Qar örtüyünün hündürlüyü Rıvarudda 40 sm, Quba, Qusarda 20-32 sm, Altıağacda 29 sm, Gədəbəydə 25 sm, Daşkəsəndə 19 sm, Lerikdə 20 sm, Sarıbaşda 13 sm, Bakıda 6 sm təşkil edib.

 
Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.
 

A.Verdiyev deyib ki, bu gün də qeyri-sabit hava şəraiti gün ərzində, gecə və səhər davam edəcək.  

 

Sabah gündüzdən etibarən hava şəraitinin mülayimləşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Oxşar yazılar