Azərbaycanda yaşı 18-dək olan uşaqların 62 min nəfərində əlillik müəyyən edilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatında qeyd olunur ki, həmin uşaqların 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşa qədər uşaqlardır.
Respublikada 17 yaşınadək kar və zəif eşidən uşaqların sayı 3 878, kor və zəif görən uşaqların sayı 6 462, nitq qüsuru olan uşaqların sayı 7 492, serebral iflic qalığı olan uşaqların sayı 3 740, anadangəlmə anomaliyaları olan uşaqların sayı 7 082, psixoloji inkişaf pozuntusu olan uşaqların sayı 2 417 nəfərdir.
Hazırda uşaq əlilliyinin profilaktikası üçün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Nazirlikdən verilən məlumatda o da vurğulanır ki, əlil uşaqlarla bağlı hazırlanan konsepsiya iki hissədən ibarətdir və 2020-ci ilə qədər dövrü əhatə edir.
Birinci hissədə Bakı şəhərinin bir sıra tibb müəssisələrində, ikinci hissədə isə bütün tibb ocaqlarında erkən aşkarlanan və erkən müdaxilə fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.