“Bu ilin 5 ayı ərzində ötən ilin anoloji dövrü ilə müqayisədə yanan tikili sahəsi 5952 kv.m, azyaşlıların ölümü 3 fakt, yanğında xəsarət alanların sayı 6 fakt azalıb, təxliyyə edilənlərin sayı 75 nəfər artıb”. Lent.az-ın xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib. Onun sözlərinə görə, Avropada il ərzndə 1000 nəfərə 1 yanğın faktı düşürsə, Azərbaycanda bu göstərici 1000 nəfərə 0,55 faktdır. Azərbaycanda yanğın hadisələri zamanı 100 min nəfərə 0,49 ölüm, digər ölkələrdə 100 min nəfərə 3,3-11,7 ölüm faktı düşür.
Faiq Tağızadə qeyd edib ki, ölkədə daşqınların qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində də ciddi işlər görülür: “2010-cu ildə Azərbaycanda Kür çayı məcrasından çıxıb, daşqın baş verib. Həmin vaxt 947 nəfər fəlakət zonasından təxliyyə edilib, 10 nəfər boğulmadan xilas olunub”.
Faiq Tağızadə Azərbaycanın aktiv seysmik zonada yerləşdiyini, sonuncu güclü zəlzələnin 2012-ci il mayın 7-də Zaqatala-Balakən zonasında baş verdiyini xatırladıb. O qeyd edib ki, həmin vaxt hər bir ailə çadırla təmin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə vəsait ayrılıb, Zaqatala və Balakəndə 5 mindən çox fərdi evin, 36 məktəbin tikintisinə başlanılıb.