Bakıda və Abşeron yarımadasında iyunun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.
Mülayim şimal küləyi gecəyə doğru güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit sabit hava şəraiti iyunun 14-dək davam edəcək.