Azərbaycan tarixində ilk dəfə olaraq 2013-cü ildə malyariyaya yerli yoluxma hallarına təsadüf edilməyib.
APA-nın xəbərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev bildirib ki, son illərdə ölkədə genişmiqyaslı tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji sabitliyə nail olunub.
Onun sözlərinə görə, yoluxucu xəstəliklərin profilaktikası sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ölkə üzrə peyvənd planı təxminən 95-99% yerinə yetirilib və nəticədə xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılıb. 2013-cü ildə məxmərək, difteriya xəstəlikləri qeydə alınmayıb, epidemik parotit 2012-ci illə müqayisədə 40%-dək azalıb, göyöskürək və tetanus xəstəliklərinə isə sporadik hallarda rast gəlinib.