<b>Ölkədəki hemofiliyalı xəstələrin sayı <span style="color:red;">AÇIQLANDI </b>
11 aprel 2019 13:03 (UTC +04:00)

Ölkədəki hemofiliyalı xəstələrin sayı AÇIQLANDI

“Hemofiliya  xəstəliyinin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt yenidoğulmuşun 4-5-ci gününə qədər özünü büruzə verir. Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir”.

Lent.az-ın xəbəinə görə, bu barədə “Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı” mövzusunda keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaq və əzələlərə tez-tez qan axması nəticəsində əlillik vəziyyətinə düşə bilirlər.

Tədbirdə qeyd olunub ki,  dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.

Azərbaycanda  isə 1633 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var.

Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölüm hallarının sayı azalır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Aygün İbrahimli

Oxşar yazılar