Azərbaycanda nə qədər dini icma var? - <span style="color:red;">SİYAHI
13 aprel 2015 11:30 (UTC +04:00)

Azərbaycanda nə qədər dini icma var? - SİYAHI

Azərbaycan hər zaman tolerant bir ölkə kimi tanınıb. Məhz buna görə ölkədə onlarla müsəlman və qeyri-müsəlman dini icması fəaliyyət göstərir. Lent.az-ın məlumatına görə, müsəlman dini icmaları arasında tarixi olan qurum Qafqaz Müsəlmanları İdarəsidir. Azərbaycanda təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini  icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ  var. 

 İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. Yəni QMİ tərəfindən din xadimi təyin edilməyən məscidlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmır.

 

Dini etiqad azadlığı haqqında qanuna əsasən,  bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. 2009-cu il dən etibarən ümumilikdə 598 dini icma qeydiyyatdan keçərək, fəaliyyətlərini davam etdirirlər. Həmin icmaların 577-si müsəlman, 21-i isə qeyri-müsəlman dini icmasıdır. Lent.az Dini Komitəyə istinadən Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların siyahısını təqdim edir.

1. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu
 

2. Bakı şəhəri Dağ Yəhudiləri  dini icması
 

3. Bakı Krişna Şüuru  dini icması

  

4.“Yeni Həyat” Xristian incil  dini icması

  

5. Azərbaycan Yəhudiləri  dini icması

  

6.  Sumqayıt şəh., “Molokan ruhani-xristian”  dini icması

  

7. “Sumqayıt Yəhudiləri” dini icması

  

8.  Bakı şəh., “Molokan ruhani-xristian”  dini icması

  

9.  Quba r-nu Qırmızı qəsəbə Dağ Yəhudiləri  dini icması

  

10.  Azərbaycan Respublikasının Alban-Udi Xristian  dini icması

  

11.  Avropa Yəhudilərinin Bakı  dini icması

  

12.  Gürcü Yəhudilərinin Bakı  dini icması

  

13.  Qobustan r-nu Hilmilli kəndi “Molokan ruhani-xristian”  dini icması

  

14.  Bakı şəhəri Bəhai d.i.
 

15.  Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian  dini icması

  

16.  Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian  dini icması

  

17.  Xilaskar Yevangelik Lüteranların Bakı  dini icması

  

18.  Sumqayıt şəhəri Bəhai dini icması
 

19.  Oğuz şəhəri Alban-Udi Xristian dini icması
 

20.  “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu
 

21.  “Həyat sözü” Xristian dini icması

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar