Azərbaycanda Milli Yaylaq Festivalı davam edir
İyulun 26-da Gədəbəydə başlayan Milli Yaylaq Festivalı davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Miskinli yaylağında keçirilən festivalın ikinici günündə at, nərd, oxatma, atüstü güləş yarışları, Çovqan oyunu keçirilib.
Yerli və xarici musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif səhnəciklər nümayiş etdirilib.
Qeyd edək ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən festival iyulun 28-də başa çatacaq.
Festivala 16 ölkədən nümayəndələr qatılıb.
803