Azərbaycanda məhkumlara tam məbləğdə sosial müavinət veriləcək
30 sentyabr 2013 13:46 (UTC +04:00)

Azərbaycanda məhkumlara tam məbləğdə sosial müavinət veriləcək

Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Qanuna edilən dəyişikliyə əsasən, müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödəniləcək. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət də onlara tam məbləğdə ödəniləcək. Sosial xidmət müəssisələrində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödəniləcək. Qəyyumlar və himayəçilər müavinətin üzərində Mülki Məcəlləyə uyğun sərəncam verirlər.
 

Məhkəmənin fərqli qərarı yoxdursa, cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət tam məbləğdə ödəniləcək. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödəniləcək. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödəniləcək. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Mülki Məcəlləyə uyğun olaraq ödənilir.

# 940
avatar

Oxşar yazılar