Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Hacıqabul-Bəhramtəpə-Horadiz magistral yolunun bir hissəsinin bağlanması ilə bağlı sürücülərə müraciət edib. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, aprelin 25-dən etibarən magistralın Saatlı rayonundan keçən 48-56-cı kilometrliyində üst aşınma qatının salınması ilə əlaqədar yol bağlanacaq. Magistralda sürücülər üçün alternativ yolları işarə edən nişanlar qoyulacaq.
Məhdudiyyətin aprelin 28-dək davam etməsi gözlənilir.