İntensiv yağış, 10 dərəcə şaxta gözlənilir - <span style="color:red;">PROQNOZ
27 noyabr 2014 12:40 (UTC +04:00)

İntensiv yağış, 10 dərəcə şaxta gözlənilir - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görtə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Rayonlarda noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

# 2157

Oxşar yazılar