Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotiklərlə mübarizənin nəticələrinə dair bu ilin I rübünün yekunlarını açıqlayıb.
APA-nın verdiyi məlumata görə, 2014-cü ilin I rübü ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 921 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 246 kq 700,901 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 21 kq 281,111 qr-ı heroin, 123 kq 335 qr-ı marixuana,12 kq 444,904 qr-ı həşiş, 36 kq 531,4 qr-ı tiryək, 1 kq 898,556 qr psixotrop maddələr, prekursorlar və digərləri təşkil edib. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 50 faizini marixuana, 14,6 faizini tiryək, 4,8 faizini həşiş, 8,5 faizini heroin, və 0,4 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.
Cinayət məsuliyyətinə cəlb edilən 478 nəfərdən 13 nəfəri xarici ölkə (6-ı İran İslam Respublikası, 6-ı Gürcüstan, 1-i Rusiya Federasiyası vətəndaşı) vətəndaşı olub. Onlardan 19 kq 103,286 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr götürülüb.