Dəri xərçənginin daha çox yayıldığı bölgələrin adları açıqlanıb
03 iyul 2013 12:12 (UTC +04:00)

Dəri xərçənginin daha çox yayıldığı bölgələrin adları açıqlanıb

“Azərbaycanda dəri xərçənginə Kür-Araz ovalığı, Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında yaşayan əhali arasında daha çox rast gəlinir”.  Lent.az-ın məlumatına görə, bunu Milli Onkologiya Mərkəzinin həkimi Elçin Mansurov bildirib. Onun sözlərinə görə, xəstəliyin yayılmasına səbəb insanların özlərini günəşin zərərli təsirindən qorumaması, özünüqoruma vasitələrindən istifadə etməməsidir: “Mütamadi olaraq günəş şüasının zərərli təsirinə məruz qalan insanlarda bədənin açıq nahiyələrində-üz, alın, baş dərisi, boyun, əllərdə dəri xərçəngi xəstəliyi yaranır”.

 

Həkim çimərliklərə gedən vətəndaşlara məsləhət də verib: “İnsanlara adətən dəniz kənarına gündüz saat 12.00-a qədər, günün ikinci yarısı isə 17.00-dan sonra getmək məsləhət görülür”.

 

E. Mansurov  təəssüflə bildirib ki, bu saatlarda qaralmaq üçün qoruyucu vasitələrdən istifadə etmirlər, günəşin zərərli şüalarına məruz qalırlar: “Bu isə gələcəkdə müəyyən fəsatların yaranmasına səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1904

Oxşar yazılar