Azərbaycanda dəniz təhlükəsizliyi məqsədilə xüsusi proqram hazırlanır.
Bu barədə APA-ya Azərbaycan hökumətindən məlumat verilib.
Dəniz Təhlükəsizliyi Strategiyasında qarşıya qoyulan məqsədlərin icrası ilə əlaqədar hazırlanan proqram özündə hərbi təhlükəsizlik də daxil olmaqla, çoxsaylı tədbirləri cəmləşdirir.
Proqram çərçivəsində əsas ağırlıq hərbi təhlükəsizlik məsələlərinə verilir. Burada yeni gəmilərin alınması, hərbi donanmanın modernləşdirilməsi, sahil mühafizəsinin imkanlarının artırılması, dənizə nəzarət imkanlarının genişləndirilməsi, həmçinin ekoloji təhdidlərin önlənməsi məqsədi ilə müxtəlif tədbirlər və s. yer alır.
Proqramın 2014-cü ilin əvvəllərində razılaşdırılaraq təsdiq olunması gözlənilir.
Qeyd edək ki, Dəniz Təhlükəsizliyi Strategiyası bu ilin sentyabrında təsdiqlənib.
Strategiyada Azərbaycanın dəniz təhlükəsizliyi üçün 9 xarici və 8 daxili təhdid ehtimalı əksini tapıb.