Azərbaycandakı gey və lezbiyanlar yürüş keçirib.
Lent.az-ın məlumatına görə, bu barədə LGBT Azərbaycanın (lezbiyan, gey, biseksual və transseskuallar) "facebook" səhifəsinə məlumat yerləşdirilib. Yürüş 17 May Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü ilə əlaqədar Nəfəs LGBT Azərbaycan Alyansının təşəbbüsü ilə keçirilib. Tədbirə Niderland Krallığının Azərbaycandakı səfirliyi dəstək verib.
Avtobusla simvolik olaraq Qobustana gedən yürüş iştirakçıları “Qobustan Qədər Tariximiz Var!” şüarını seçiblər.